Türk-Slavyan Birliyi: İrəvan da üzv ola bilər...

  • 12.08.2020
  • 0

Azərbaycanın regionda təhlükəsizliyinin təmin olunması üçün müxtəlif ideyalar irəli sürülür və cəmiyyətdə müzakirə olunur. Belə ideyalardan biri hələ uzun illər bundan öncə mənim tərəfimdən irəli sürülmüşdü ki, regionun təhlükəsizliyi və inkişafı üçün Avropa İttifaqı modelində "Türk-Slavyan Respublikaları İttifaqı" (TSRİ) yaradıla bilər. Axar.az xəbər verir ki bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bu ittifaqa Türkiyə ilə yanaşı, Moldova, Gürcüstan, Tacikistan, hətta Ermənistan da daxil ola bilər: “Həm də çalışmalıyıq ki, əhalisinin yarısını azərbaycanlı türklər təşkil edən İran da həmin ittifaqın üzvü olsun. O zaman türklər hansı dövlətdə yaşamalarından asılı olmayaraq, eyni itifaqın vətəndaşları olub milli və mədəni baxımdan daha sıx inteqrasiya ola bilərlər. Bu ittifaq artıq mövcud olan Avrasiya İttifaqının genişləndirilməsi və ona yeni məzmun verilməsi yolu ilə də yaradıla bilər. Yeni ittifaq Avropa Birliyi və Çinlə rəqabət aparmaq gücündə olub, dünyada iqtisadi inkişafa və təhlükəsizliyə böyük təhfə verə bilər”.

Nə düşünürsən?