İrəvan terrorçu mahiyyətini bir daha göstərdi

  • 12.08.2020
  • 0

12 iyuldan başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusu növbəti təxribatını həyata keçirib. Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov “CNN Türk” kanalına müsahibəsində deyib. Nazir bildirib ki, təxribatın çox aydın həm siyasi, həm də hərbi məqsədləri var idi: “Bu təxribatla işğalçı dövlət Dağlıq Qarabağdan kənar bir bölgədə dövlət sərhədində alovlanma ocağının yaranmasını, özlərinin üzv olduğu hərbi siyasi təşkilatı və taşkilata üzv dövlətləri gərginliyə qatmaq məqsədi daşıyırdı. Eyni zamanda Ermənistanın daxili gərgin vəziyyəti, COVİD-19-la bağlı vəziyyətin ağırlaşdığı zaman xalqın diqqətini kənar məsələlərlə yayındırmaq, danışıqların aparılmasına yenidən maneə törətmək səbəblərdən sayılırdı. Bundan başqa, Azərbaycanın bu bölgəsindən çox nəhəng, regional layihələr keçir. Məsələn, neft-qaz kəmərləri, böyük məna kəsb edən dəmir yolu layihəsi Tovuz bölgəsindən keçir. Bu bölgədə gərginlik yaratmaq Ermənistan dövlətinin qarşısına qoyduğu məqsəd idi. Azərbaycan Ordusunun qətiyyətli mövqeyi nəticəsində Ermənistan hərbi birləşmələri geri otuzduruldu və təxribatın qarşısı alındı. Əfsuslar olsun ki, təxribat zamanı Azərbaycan Ordusunun hərbçiləri şəhid oldu. Bundan başqa, təxribat zamanı Ermənistan tərəfi növbəti dəfə öz terrorçu, aqressiv mahiyyətini büruzə verdi. Çünki mülki yaşayış məntəqələri atəşə tutuldu və 76 yaşlı kənd sakini həlak oldu. Bu ilk deyil, Ermənistan ordusunun dəfələrlə əl atdığı yanaşmadır”. C.Bayramov vurğulayıb ki, Ermənistan tərəfinin terrorçu mahiyyəti yaxşı bəllidir: “Həmin Ermənistandır ki, ötən əsrin 1970-80-ci illərində ASALA və bir çox terror təşkilatını dəstəkləməklə dünyada çoxsaylı terror aktları həyata keçirib. Və qardaş Türkiyə də bu terror aktlarının qurbanı olanlar var”.

Nə düşünürsən?