Ermənilər niyə Lukaşenkoya hücum edir? Şok səbəb

  • 12.08.2020
  • 0

Erməni mediası və diasporuna bağlı qurumların Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı təbliğatda aktiv iştirak etməsi onun Tovuz hadisələri zamanı Azərbaycana birmənalı dəstək verməsinə cavab mahiyyəti daşıyır. Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli erməni mediası və erməni diaspor təşkilarlarına bağlı qurumların Belarusda baş verən son hadisələrdən sui-istifadə edərək, Lukaşenkoya qarşı geniş təbliğat aparmasını şərh edərkən deyib. Politoloq bildirib ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiffin də Belarusa qarşı mövqe tutmasını təsadüfi hesab etməyib. O bildirib ki, Adam Şiff ermənipərəst konqresmen və erməni diasporunun iradəsini ifadə edən şəxs kimi tanınır: "Yəni bu, onun deyil, birbaşa havadarlıq etdiyi ermənilərin mövqeyidir. Səbəb isə bəllidir. Bu gün Belarusla Azərbaycan arasında çox sıx münasibətlər var. İki ölkə prezidenti arasında uğurlu diplomatik və dostluq münasibətləri də göz qabağındadır. Xüsusilə KTMT üzvü olan bir ölkənin Azərbaycanla Ermənistandan daha sıx münasibətlər qurması rəsmi İrəvanı qıcıqlandırır". Politoloq bildirib ki, Ermənistan məlum Tovuz hadisələri zamanı onu dəstəkləməyən KTMT üzvlərindən intiqam almağa çalışır: "Ermənistan silahlı qüvvələrinin Tovuza hücum etməsi rəsmi İrəvan üçün sözün əsl mənasında diplomatik məğlubiyyət oldu. Çünki düşmən ölkə bu hücumlar zamanı ilk növbədə KTMT ölkələrinin dəstəyinə ümid edirdi. Lakin bu gözləntilər özünü doğrultmadı. Başda Belarus olmaqla, digər dövlətlər Ermənistanı nəinki dəstəklədi, əksinə, bu əməli qınayan bəyanatlar verdi". Politoloqun sözlərinə görə, Adam Şiff MDB məkanı ilə bu qədər maraqlanırsa, əvvəlcə xidmət etdiyi ermənilərin ölkəsinə baxsın: "Bu gün MDB məkanında ən antidemokratik ölkə Ermənistandır. Ermənistanda kütləvi həbslər davam edir. Paşinyan öz siyasi rəqiblərinə, hətta onları dəstəkləyən yerli xalqa qarşı amansız repressiya aparır. Adam Şiff bunları bilməmiş olmaz. Ancaq çətin ki, bu haqda danışsın, çünki onun erməni diasporunun əlində vasitəyə çevrildiyini artıq bilməyən yoxdur".

Nə düşünürsən?