Azərbaycanlı müğənni xaricdə öldü

  • 12.08.2020
  • 0

Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Bu barədə Oxu24.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub. “Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, - deyə məlumatda qeyd olunur. Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib.

Nə düşünürsən?