Adam Traore inanılmaz qaçışı ilə gündəm oldu

  • 12.08.2020
  • 0

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Offsideplus.az xəbər verir ki, Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üzə gəlib. Görüş "Sevilya"nın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçın 12-ci dəqiqəsində bu mövsüm yaxşı çıxışı ilə diqqət çəkən "canavarlar"ın oyunçusu Adam Traore diqqət mərkəzində olub. Meydanın özlərinə aid hissəsindən rəqibin cərimə meydanına qədər irəliləyən futbolçunun qarşısını qayda pozmaqla almaq mümkün olub. Raul Ximenez penaltidən fərqlənə bilməyib.

Nə düşünürsən?