Əks yola çıxdı və fəxrlə "Instagram"da paylaşdı

  • 11.08.2020
  • 0

YPX.AZ olaraq daim sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, maarifləndirməyə çalışmışıq. O cümlədən qaydaları pozan, cəmiyyətə açıq-aşkar təhlükə yaradan, qayda pozmağını sosial şəbəkələrdə paylaşıb digərlərinə pis nümunə olmaq istəyən sürücüləri də daim ifşa etmişik. Görünür 99 TU 016 dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobilin sürücüsü də insanlara pis nümunə olmaq istəyən sürücülərdəndir. Belə olmasa idi o tam olaraq əks yola çıxmaqla qayda pozub digərlərinə təhlükə törətməyinin videogörüntüsünü "Instagram" sosial şəbəkəsində paylaşmazdı. Səlahiyyətli şəxslərin bu sürücü barəsində müvafiq, qanunauyğun tədbirinin gecikməyəcəyinə inanırıq.

Nə düşünürsən?