*Ara məsafəsi saxlamadı və.....*

  • 11.08.2020
  • 0

YPX.AZ saytının qaynar xəttinə göndərilən videodan görünür ki, avtomobillər sıx və nisbətən asta sürətlə hərəkət edir. Təbii ki, hər bir sürücü şəraitə uyğun olaraq qarşısındakı avtomobilin qəfil tormozlama edə biləcəyi halda onunla toqquşmamaq üçün hərəkət sürətinə uyğun olaraq kifayət qədər ara məsafəsi saxlamalıdır. Lakin 90 CF 103 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü bu məsafəni yetəri qədər saxlamadığından qarşısındakı avtomobil dayanan zaman onunla toqquşacağını görüb qəzadan yayınmaq üçün məcbur olaraq əks yola çıxır. Ancaq bir qəzadan yayınan zaman daha betər qəza olacaqdı. Çünki əks yola çıxan sürücü öz yolu ilə hərəkət edən sürücünün qarşısına çıxır. Xoşbəxtlik digər yoldan gələn sürücü daha peşəkar davranır və özünü itirmədən qəzadan yayınır.

Nə düşünürsən?