3 gün sonra yenidən qadağalar tədbiq ediləcək

  • 11.08.2020
  • 0

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq: Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir: həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti: 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək; 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək; 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək; 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

Nə düşünürsən?