Virus təhlükəsi davam edir

  • 11.08.2020
  • 0

Vətəndaşlar karantinin yumşaldılmasından sonra daha da diqqətli olmalıdır Hazırda ölkə ərazisində koronavirusla mübarizədə müsbət dinamika nəzərə çarpır. Artıq yoluxma sayında 2 rəqəmliyə keçid etmişik. Minlərlə yoluxma sayı olan ölkələrə nəzər yetirdikdə bu rəqəm ölkəmiz üçün yaxşı nəticədir və getdikcə də aşağı düşür.Bu o deməkdir ki,sərt karantin rejimi öz nəticəsini göstərir. Bununla belə yenidən yoluxma sayını artırmaq və ya daha da azaltmaq öz əlimizdədir. Karantin rejiminin yenidən yumuşaldılması bizi çaşdırmasın. Bu təhlükənin azda olsa sovuşması mənasına gəlmir. İlk günki kimi bu virus eyni təhlükə ilə hələ də ölkəmizdə gəzir. Bu gün üçün bizdən tələb olunan tək məsələ bizim üçün yaradılan şəraitdən doğru şəkildə istifadə etməkdi. Yəni əgər bu gün Operativ Qərargah bəzi ticarət obyektləruinin fəalliyyətinə icazə verirsə bu heç də hər şey əvvəlki kimi olacaq demək deyil. Müəyyən qaydalara əməl etməliyik. Nə qədər çox məsuliyyətli olsaq o qədər tez virusa qalib gələ bilərik.

Nə düşünürsən?