DİN-dən sosial şəbəkələrdə yayılan fotolarla bağlı açıqlama

  • 11.08.2020
  • 0

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan və “Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolara münasibət bildirib. Redaktor.az xəbər verir ki, DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır: “Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”. //Qafqazinfo.az

Nə düşünürsən?