Cem Yılmazın Serenayla səmimi görüntülər yayıldı

  • 11.08.2020
  • 0

Cem Yılmaz və Serenay Sarıkaya sevgiləri ilə yenidən gündəm olub. BiG.AZ türk mediasına istinadən xəbər verir ki, uzun zamandır medianın gündəmindən düşməyən və tez-tez ayrılıq xəbərləri yayılan Cem Yılmaz və Serenay Sarıkaya cütlüyünün yeni video görüntüsü yayımlanıb. Komediya ustası Serenayı öz zarafatları ilə güldürərkən gözəl aktrisanın Cem Yılmazın çiynindən öpməsi kameralardan yayınmayıb.