"Mançester Yunayted" Bruno Fernandeşin qolu ilə yarımfinalda

  • 11.08.2020
  • 0

Almaniyada UEFA Avropa Liqasının 1/4 final oyunlarından 2-si yekunlaşıb. Offsideplus.az xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" komandası isə Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0. Avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək.

Nə düşünürsən?