*Siz gözləyin, mən tələsirəm*

  • 11.08.2020
  • 0

8 avqust 12:53 radələrində, Binəqədi şossesi ilə kəsişmədə bütün sürücülərin svetoforun qırmızı işığının tələbinə uyğun gözlədiyi zaman, 1.1 (düz xətt) nişanlanma xəttinin tələbini pozaraq tam olaraq əks istiqamətə çıxan sürücü YPX.AZ kameralarına düşüb. Hər gün dəfələrlə yol hərəkəti qəzaları, faciələr barədə xəbərlər versək də, sürücüləri maarifləndirməyə çalışsaq da görünən odur ki, 90-LP-716 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsünə yeganə təsir vasitəsi cərimədir. YPX.AZ xatırladır ki, burada sürücü Yol hərəkəti haqqında qanunun 69-cu maddəsinin VII bəndinin tələbini pozub və bu hala görə İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsi ilə ( 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) 4 cərimə balı və 100 manat cərimə nəzərdə tutulub.

Nə düşünürsən?