Xəzərdə batan neftçinin axtarışlarına helikopter cəlb edildi

  • 10.08.2020
  • 125 baxış
  • 0

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlu dünən növbədə olan zaman itkin düşüb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub.

Nə düşünürsən?