YOXA ÇIXAN TEYYARE 37 İL SONRA GERİ DÖNDÜ

  • 10.08.2020
  • 0

Bu sirli hadisənin qəhrəmanı, İkinci Dünya Müharibəsi dövründə hərbi nəqliyyat üçün istehsal olunan 4 motorlu Duqlas DC-4 təyyarəsidir. Müharibə başa çatdıqdan sonra hərbi ehtiyac azaldıqca DC-4ün sərnişin versiyası istehsal olunmağa başladı. P&W 2000 tipli mühərriklərinin hər biri 1450 at gücünə malikdir. Sərnişin tutumu 50-60; komanda heyəti 3-5; maksimal sürət 244dür. DC-4 ilk uçuşunu 14 fevral 1942-ci ildə II Dünya Müharibəsi zamanı etmişdir. Ümumi istehsal sayı 238 mindir. Birazdan eşidəcəyiniz sirli, inanılmaz bu hekayə, Pan American Hava Yollarının DC-4 təyyarəsinin 1955-ci il 2 İyul Şənbə günü PA914 uçuş nömrəsi ilə New York Hava Limanından yola düşməsi ilə başlayır. Təyyarə 57 sərnişin və 4 heyət üzvü olmaqla 61 nəfərlə Mayamiyə səyahət edirdi. Təyyarədə olan hərkəs üçün bu səyahət normal bir uçuş kimi görünürdü. Ancaq 37 il sonra baş verən hadisələr bunun normal bir uçuşdan daha çox sirli bir səyahət olduğunu üzə çıxardı. Təyyarə Nyu-Yorkdan ayrıldıqdan bir müddət sonra hava hərəkətini idarə edənlər PanAm 914-in radar ekranında siqnallarını itirdilər. Təyyarə, hava hərəkətinə nəzarət edən radar ekranından yoxa çıxmışdı və heç kim bunun nə olduğunu bilmirdi. Təyyarədən heç bir nasazlıq və ya təcili yardım siqnalı alınmadı. Radar ekranından yoxa çıxan təyyarənin qəza etməsinə inanılırdı. Aparılan araşdırmalarda nə təyyarədən qopmuş bir hissə, nədəki içindəki insanlardan bir cəsəd tapılmadı. DC-4 içərisindəki 61 nəfər insanla yoxa çıxmışdı. Təyyarənin qəzaya düşməsi ilə bağlı şahidlərdə yox idi. Səlahiyyətlilər, gərgin axtarış və araşdırmalardan sonra təyyarənin qəza etdiyini, bütün sərnişinlərin və ekipaj üzvlərinin öldüyünü qərara aldılar və bunu elan etdilər. Quru və dəniz araşdırmalarında heç bir qalıq tapılmadığı və dənizdə bir təyyarə parçası kimi dəlil olmadığına baxmayaraq, təyyarənin okeana düşməsi qərara alındı. Bu qərarın nəticəsi olaraq, PanAm həyatını itirənlərin yaxınlarına qanuni təzminat ödədi.