DTX-nın tutduğu general ev dustaqlığına buraxıldı

  • 10.08.2020
  • 0

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Oxu24.com -un məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, Əfqan Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci yəni vəzifə səlahiyyətlərini aşma, 311.3-cü yəni külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.