Yevlaxda iki qardaşdan biri Kürdə boğuldu

  • 10.08.2020
  • 2.4K baxış
  • 0

Yevlax şəhəri ərazisində - Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəhriyar Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı 1986-cı il təvəllüdlü Cəfər Cəfərov isə çayda batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nə düşünürsən?