Sumqayıtda qəza olub

  • 09.08.2020
  • 0

Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. "Opel" markalı avtomobil yolu keçmək istəyən 2 piyadanı vurub. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Quliyev Sabir Hüseyn oğlu və 1998-ci il təvəllüdlü Fərzəliyev Elnur Nizami oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?