“Toyota” ilə toqquşan “Lada” iki hissəyə bölündü

  • 09.08.2020
  • 0

Rusiyanın Krasnoyarsk bölgəsində iki minik avtomobilinin iştirakı ilə dəhşətli yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 9-da P-255 “Sibir” avtomagistralının 1029-cu kilometrliyində qeydə alınıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölgə üzrə regional qrupundan məlumat verilib. Məlumata görə, “Lada Largus” markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn “Toyota Camry” ilə toqquşub. Qəzanın təsirində “Lada” iki hissəyə bölünüb. Qəza nəticəsində 4 nəfər ölüb, daha 3-ü isə xəsarət alıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?