Yol çökdü yük maşını şaha qalxdı

  • 09.08.2020
  • 0

Türkiyənin Kayseri vilayətində yük maşınının ağırlığına tab gətirə bilməyən yol çöküb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Kocasinan rayonunda qeydə alınıb. Məlumata görə, “Əməd Paşa” küçəsində hərəkətdə olan, 38 SR 891 qeydiyyat nömrə nişanlı qum yüklü maşının ağırlığına tab gətirə bilməyən yol çöküb. Çökən yol düşən yük maşını isə şaha qalxıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri, texnikanın köməkliyi ilə maşını düşdüyü yerdən çıxarıblar. Bildirilir ki, qəza nəticəsində ölən və ya xəsarət alanan olmayıb.

Namiq Musayev

Nə düşünürsən?