Su problemi həll edildi

  • 09.08.2020
  • 0

Dəliquşçu kəndində növbəlilik sistemi təmin olunub Zərdab rayonunun Dəliquşçu kəndində yaranan su problemi artıq öz həllini tapıb. Dəliquşçu kənd icra nümayəndəsi Elman Ağayev qeyd edir ki, həm quraqlıq, həm də pambıqla qarğıdalı əkini üst üstə düşdüyünə görə kənd ərazisində su problemi yaranmışdı. Ancaq növbəlilik ssistemi təmin olunduğuna görə artıq hər hansı problem yaranmır. Əvvəllər fermerlər öz əkinlərini suvarmaqda çətinlik çəkirdilər, indi isə qeyd edirlər ki, Prezident İlham Əliyevə kənd sakinləri olaraq müraciıt etdik və tez bir zamanda problemimiz aradan qaldırıldı. Ümidvarıq ki, kənd sakinləri bundan sonra da su problemi ilə qarşılaşmayacaqlar.

Nə düşünürsən?