Abşeronda üç avtomobil toqquşub

  • 09.08.2020
  • 0

Abşeron rayonunda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb. Hadisə Bakı-Novxanı yolunun Masazır qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb. "Hyundai" markalı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozaraq əks istiqamətə çıxıb. Bu zaman qarşıdan gələn digər "Hyundai" markalı avtomobillə toqquşub. Zərbənin gücündən sonuncu hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində yol hərəkəti qaydasını pozan "Hyundai"ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin olunub. (APA )

Nə düşünürsən?