Qaxda avtomobil divara çırpılıb

  • 09.08.2020
  • 0

Qax rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospekti ilə İsmayıl Dağıstanlı küçəsinin kəsişməsində qeydə alınıb. Qax şəhər sakini, 1977-ci il təvəllüdlü Əzizov Ramil Cəlal oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili divara çırpıb. Nəticədə 43 yaşlı R.Əzizov aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?