"AzTv"nin keçmiş əməkdaşı vəfat etdi

  • 08.08.2020
  • 0

AzTV-nin keçmiş əməkdaşı Kamil Babayev vəfat edib. “Ölkə.Az” xəbər verir ki, o, avqustun 8-i infarkt keçirib.Həkimlərin bütün səyinə baxmayaraq, Babayev gecə saatlarında İstanbul şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Kamil Babayev 1947-ci ildə anadan olub. O, uzun illər (1963-2008) AzTV-də çalışıb. K. Babayev orada əvvəl işıqçı, səs rejissoru daha sonra isə kinooperator kimi fəaliyyətini davam etdirib. Babayev dəfələrlə cəbhə böələrində, Xocalıda çəkilişlərdə iştirak edib. O, 2008-ci ildən Türkiyənin İstanbul şəhərində yaşayırdı. Allah rəhmət etsin.

Nə düşünürsən?