Ölkəmizin dəyişməz mövqeyi

  • 08.08.2020
  • 18 baxış
  • 0

Danışıqlar imitasiya prosesi ola bilməz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinin aradan qadırılması bizim xarici siyasətin bir nömrəli prioritet istiqamətidir. Azərbaycan ərazilərinin uzun müddət işğal altında saxlanılması, həmvətənlərimizin 30 ilə yaxındır ki öz doğma yurdlarından didərgin düşməsi, onların hüquq və azadlıqlarının tapdalanması, Ermənistan tərəfinin bu ərazilərdə qanunsuz fəaliyyəti və bu barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu məsələlərin həllinin vacibliyinin nüfuzlu beynəlxalq təşkilatların və qurumlarının gündəliyində saxlanılması azərbaycan XİN-in ən ümdə vəzifələrindəndir. Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycan dövlət televiziyasına ilk müsahibəsində bildirib. Ceyhun Cayramov Ermənistan tərəfini danışıqları süni şəkildə uzatmaqdan çəkinməyə çağırdı. Əks təqdirdə onların regionda olan bütün layhələrdən kənarda qalacağını bildirdi. Azərbaycan Xarici İşlər naziri Ermənistan tərəfinin 12 iyulda Tovuz istiqamətində törətdiyi təxribatla bağlı sualı da cavablandırdı və Azərbaycanın belə təxribatlara hazırlıq səviyyəsini qiymətləndirdi. Ceyhun Bayramov Tovuz təxribatından sonra dünyanın bir sıra ölkələrində Azərbaycanlıların keçirdiyi dinc aksiyalardan və radikal ermənilərin həyata keçirdiyi vandalizm aktlarından da danışdı. Ceyhun Bayramov onu da qeyd etdi ki, Prezidentin tapşırığına uyğun olaraq, Xarici İşlər Nazirliyinin həm aparatının, həm də xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizin işi, fəaliyyəti artıq təhlil olunur. Qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək. Nazirin sözlərinə görə, XİN-in mərkəzi aparatı, onun struktur bölmələri və xarici diplomatik nümayəndəliklər arasında koordinasiya işi ciddi formada təhlil edilməlidir. Əsl peşəkar və vətənpərvər kadrların şəffaf, ədalətli seçim əsasında önə çəkilməsi xüsusi prioritet olacaq. REAL

Nə düşünürsən?