Qohumları ilə mübahisə edən şəxs balkondan yıxıldı

  • 08.08.2020
  • 1.3K baxış
  • 0

Türkiyənin İstanbul şəhərində qohumları ilə mübahisə edən şəxs balkondan aşağı düşüb. Avtosfer.az DHA-ya istindən xəbər verir ki, hadisə Küçükçekmece rayonunda baş verib. Məlumata görə, “Halkalı mərkəz” küçəsində yerləşən binaların birində yaşayan 33 yaşlı Turqay E.-nin, naməlum səbəblərdən qohumları ilə aralarında mübahisə yaşanıb. Evdəki şəxslərin küçəyə çıxması ilə mübahisə daha da böyüyüb və Turqay E. evinin balkonundan əlinə keçən əşyaları onlara tullayıb. Həmin əsnada müvazinətini itirən Turqay, evinin balkonundan aşağı yıxılıb. Xəsarətlər alan Turqay, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb. Bir müddət müalicə alan Turqay xəstəxanadan evə buraxılıb. Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları, hər iki tərəfin ifadəsini alıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

Nə düşünürsən?