Dövlət İnvestisiya Holdinqi yaradılır

  • 08.08.2020
  • 0

Holdinq dövlət müəssisələrinin fəaliyyətini təkmilləşdirəcək Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik olan dövlət müəssisələrinin məşğulluqda payı təqribən 25%-dir. 15 ən iri dövlət müəssisəsinin aktivlərinin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət səhmdar olaraq dövlət müəssisələrinin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlığını təmin edərək onların keyfiyyət və səmərəlilik baxımından yeni inkişaf səviyyəsinə keçidi üçün zəmin yaradır. Bu səbəbdən Dövlət İnvestisiya Holdinqinin yaradılması zəruridir. Bunu Millət vəkili Mahir Abbaszadə deyir. Dövlət müəssisələrinin səmərəliliyinin aydın, ölçüləbilən və şəffaf şəkildə təşkil edilməsi, məhz Dövlət İnvestisiya Holdinqinin yaranmasını şərtləndirən əsas əlamətlərdən biri və bəlkə də birincisidir. Dövlət müəssisələrinin əldə etdiyi mənfəət iqtisadiyyatın inkişafına yönəlməlidir, Holdinqin yaradılması ilə Dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrə özəl investisiyalar cəlb ediləcək, bununla da dövlət-özəl tərəfdaşlığının inkişafı stimullaşdırılacaq. Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümovun sözlərinə görə, Dövlət İnvestisiya Holdinqi tərəfindən dövlət müəssisələrində müasir şərtlərə uyğun şəffaf idarəetmə sisteminin qurulması məqsədi qoyulub. İqtisadiyyat Nazirinin müavini Rövşən Nəcəf xarici investisiyaların fəal şəkildə iqtisadiyyata cəlb edilməsi ilə bağlı ilkin danışıqların aparıldığını bildirib: Qeyd edək ki, dövlət investisiya holdiqinin yaradılması beynəlxalq təcrübəyə əsaslanır. Dünyanın inkişaf etmiş iqtisadiyyatları olan Sinqapur , Malayziya , Qazaxıstan və digərləri uğur nümunələri olaraq qəbul edilir. Digər tərəfdən dövlət investisiya holdiqinin yaradılması, azərbaycanın dövlət müəssisələrinin reytinqinin beynəlxalq reytinq cədvəlində qalxmasına səbəb olacaq. Çünki bu, dövlət müəssisələrində istehsal olunan məhsulların ixrac qabiliyyətli olması və beynəlxalq standartlara uyğun istehsal edilməsinə səbəb olacaq. Nəticədə beynəlxalq bazara çıxarılan məhsullar dövlət müəssisələrinin imicinə müsbət təsir göstərəcək.

Nə düşünürsən?