Özünüməşğulluq qaydasında dəyişiklik edildi

  • 08.08.2020
  • 0

Vətəndaşlar üçün iki aylıq təlim öhdəliyi müvəqqəti aradan qaldırılıb Ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi prosedurunda dəyişiklik edilib. Belə ki, qaydalara görə, özünüməşğulluq proqramında iştirak etmək istəyən vətəndaşlar iki aylıq təlimlərdə iştirak etməlidirlər. Lakin karantin məhdudiyyətləri nəzərə alınaraq, Baş nazir Əli Əsədov karantin rejimi dövründə təlimdə iştirak etmək öhdəliyi aradan qaldırılıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL-a müsahibəsində deyib. Nazir Sahil Babayevin geniş müsahibəsi və ilk dəfə açıqladığı məlumatlar avqustun 9-da "Mir Şahinin vaxtı" proqramında nümayiş etdiriləcək. REAL

Nə düşünürsən?