Kürdəmirdə 60 yaşlı sürücü piyadanı vurdu

  • 08.08.2020
  • 0

Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report"a istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Qarasu kənd sakini, 60 yaşlı İbrahimov Savəddin Qoca oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon sakini Əli (soyadı dəqiqləşdirilir-red) adlı şəxsi vurub. Ağır xəsarət alan piyada təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.

Nə düşünürsən?