7 avqust: TƏBİB koronavirusla bağlı məlumat yaydı

  • 07.08.2020
  • 0

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Sfera.az-a verilən məlumata görə, bu gün 6872 koronavirus testi edilib. Onlardan 129-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 773 051-ə çatıb. Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 261 nəfərdir. Onlardan 50 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir. Hazırda ölkədə 3197 nəfər aktiv koronavirus xəstəsi var.

Nə düşünürsən?