Virusun ikinci dalğası başlaya bilər

  • 07.08.2020
  • 0

ÜST pandemiyanın ikinci dalğasının ehtimalını yüksək qiymətləndirir ÜST və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ehtimalını olduqca yüksək qiymətləndirirlər. İngiltərədə mütəxəssislər xəbərdarlıq ediblər ki, daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək. Almaniyada isə Həkimlər Birliyi elan edib ki, gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır. Fransada COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. Le Figaro qəzeti yazır ki, Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir. Estoniyada isə Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb. Ölkə də yoluxma sayı artdığından hökumət yenidən qaydaları sərtləşdirməyə məcbur olub. Rusiyanın paytaxtı Moskvada mer Sergey Sobyanin koronovirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini və paytaxt sakinlərini tələblərə əməl etməyə çağırıb. Türkiyədə da oxşar vəziyyətdir. Avqustun 7-də koronovirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar olacaq.İntensiv yoxlamalara valilər, bələdiyyə rəhbərləri və dövlət orqanları, hüquq-mühafizə orqanlarının nümayəndələri səfərbər ediləcək. Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləğv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Üstəlik, virus mutasiya edərək daha aqressiv forma alıb. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 150-dən aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur.Amma pandemiya bitməyib.Belə bir şəraitdə Azərbaycanda da əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunan nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır.Əgər əldə olunmuş müsbət dinamika itiriləcəyi və koronavirusa yoluxmanın miqyası genişlənəcəyi təqdirdə, yeni məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etməkdir.