Operativ Qərərgah təcili açıqlama yaydı

  • 07.08.2020
  • 0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölkəmizdə indiyədək ümumilikdə 33376 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 29696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, aktiv xəstə sayı 3197 nəfərdir. Ölkədə son sutka ərzində 6872, hazırkı dövrədək isə 773051 test aparılıb.