Polis reydləri davam edir

  • 07.08.2020
  • 0

Maska taxmayan vətəndaşlar inzibati məsuliyyətə cəlb edilir Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.Belə ki,polis əməkdaşarı tərəfindən mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində qapalı məkanlarda,avtobuslarda,marketlərdə və digər yerlərdə reydlər keçirilir.Bugünki reyd zamanı bir çox halların şahidi olduq.Bəzi avtobuslarda sərbişinlərin hər birinin maska taxmasını müşahidə etdiyimiz halda bəzi avtobuslarda isə vətəndaşların bir qismi bizi və polis əməkdaşlarını gördükdən sonra maska taxmağa cəhd edirdilər.Belə şəxslər isə polis əməkdaşları tərəfindən aşkarlanaraq müvafiq qanunla inzibati məsuliyyətə cəlb edildilər.Belə şəxslər içərisində çox təəsüf ki,avtobus sürücüsü də varıydı. Eyni zamanda da marketlərdə aparılan reydlər zamanı da maskadan düzgün istifadə etməyən vətəndaşlara müəyyən tövsiyyələr edildi.Nəzərə alaq ki,maskadan düzgün istifadə olunmalıdır.Çənədə və yaxud da ,burundan aşağıda maskanı saxlama bir növ maskadan istifadə etməmək deməkdir.Polis əməkdaşları bu halları aşkarladığı zaman vətəndaşlara əslində maskadan necə istifadə edilməlidir deyə tövsiyələr versələr də çox təəssüf ki,buna narazılıq edənlər də oldu. İcazə ilə çölə çıxma məhdudiyyəti aradan qaldırıldıqdan sonra təbiidir ki,şəhərdə müəyyən canlama yarandı. Nəqliyyat vasitələrinin və avtobuslarda sərnişinlərin sayı artdı.Belə ki, Bütün vətəndaşlardan tək tələb odur ki,Özlərini və yaxınlarını qorusunlar.Və unutmasınlar ki,qapalı məkanlarda maska taxmaq mütləqdir və məcburdur. REAL

Nə düşünürsən?