Fransada bir neçə nəfəri girov götürən polisə təslim oldu

  • 07.08.2020
  • 235 baxış
  • 0

Fransanın Qavr şəhərində yerləşən bankda silahlı kişi bir neçə nəfəri girov götürüb​. “Qafqazinfo” bildirir ki, bu barədə “France Bleu” radiostansiyası xəbər verib. Onun məlumatına görə, hazırda içəridə dörd nəfər var, ikisi binadan çıxmağa müvəffəq olub. Bildirilir ki, silahlı kişi Qavrın mərkəzindəki bank şöbəsinə təxminən saat 17:00 radələrində daxil olub. Bankın binası mühasirəyə alınıb. İndi polis kişi ilə danışıqlar aparır. Zərərçəkənlər haqqında məlumat verilmir. “BFMTV” telekanalı xəbər verir ki, şübhəli – psixi problemləri olan 34 yaşlı yerli sakindir.

Nə düşünürsən?