Bakıdakı pulsuz çimərliklərdən insanları belə çıxarırlar

  • 06.08.2020
  • 0

“Pulsuz, açıq yerlərdən adamları polis gücünə çıxarırlar. Yönləndirdikləri yerlər də girişi adambaşına 5-20 manat olan yerlərdir.” PARLA xəbər verir ki, bu sözləri Bilgəh çimərliyində istirahət edən sakinlər deyib. “Polisin bizi yönləndirdiyi yerlərdə maşının bir saatlıq dayanmağı da hardasa 1-3 manat arasıdır. Aylardır işsiz qalan insanların buna gücü çatmaz.” Bakı Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis general-mayoru Elşad Hacıyev məsələnin araşdırılacağını bildirib.

Nə düşünürsən?