Lerik sakinindən şok şikayət

  • 06.08.2020
  • 0

Lerik rayonunun Piran kənd sakini Bayramov Ziyatay Ərəstun oğlunun ölkə rəhbərliyinə, Daxili İşlər nazirinə və Baş Prokurora ünvanladığı və bir nüsxəsini də “AzPolitika.info”-ya göndərdiyi məktubunda iddia edilir ki, sözügedən şəxs heç bir günahı olmadığı halda, həmyerlisi Məmmədov Namiq Əliağa oğlu tərəfindən şərlənib. Lerik rayon Polis İdarəsi isə həmin şəxsin şikayəti əsasında qeyri-obyektiv araşdırma apararaq, onu günahkar çıxarmağa çalışır. Şikayətçi bildirir ki, təqaüdünü bankomatdan çıxarmağa kömək etdiyi həmyerlisi N.Məmmmədov onu guya həmin pulu oğurlamaqda günahlandırıb. Buna görə də onun şikayəti əsasında Z.Bayramovu şöbəyə çağırıblar: “Şöbədə məni polis rəisinin Muşfiq adlı müavini qəbul etdi. Otağa girən kimi rəis müavini məni başqasının pulunu oğurlamaqda, vətəndaş Məmmədov Namiq Əliağa oğlunun təqaüdünü bankomatdan çıxararaq mənimsəməkdə ittiham etdi. Mən bu ittihamın tamamilə əsassız olduğunu dedikdə, rəis müavini bildirdi ki, “sübut elə ki, yalandır”.

Nə düşünürsən?