88 yaşlı qadın koronavirusdan sağaldı

  • 05.08.2020
  • 0

Yaşlı olmasına baxmayaraq vaxtında həkimə müraciəti fayda verib Kliniki Tibbi Mərkəzin 1 saylı Modul Tipli xəstəxanasında koronavirus xəstəliyindən əziyyət çəkən 88 yaşlı Həlimə nənə sağalıb və artıq sabah evə buraxılacaq. Xəstəxananın məsul həkimi Mahir Rəhimovun sözlərinə görə,10 gündür ki, burda müalicə alan Həlimə nənə xəstəxanaya ümumi zəiflik,yüksək temperatur,təngənəfəslik,boğulma kimi simptomlarla daxil olub.88 yaşlı bir insanın sağalması isə xəstənin vaxtında həkimə müraciət etməsi ilə bağlıdır. 88 yaşlı Həlimə nənə ilə söhbət etdik.O qeyd edir ki, 88 yaşı olmasına baxmayaraq aldığı müalicə sayəsində özünü tam gümrah hiss edir. Həlimə nənə ilə yanaşı bu xəstəxanada həm də onun gəlini müalicə alır.14 gündür burda müalicə alan Nübar Əliyeva Həlimə nənədən 3 gün qabaq koronavirus diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, xəstə həm də şəkər xəstəliyindən əziyyət çəkir. Qeyd edək ki,koronavirusdan sağalanların sayı getdikcə artır. Yaşından asılı olmayaraq vaxtında həkimə müraciət edən hər bir şəxs müalicə olunaraq tez bir zamanda sağala bilər. Koronavirusa yoluxanlar içərisində tibb işçiləri də var. Onlardan Biridə Sevda Abbasovadır. Yaşından asılı olmayaraq hər kəs bu gün özünü mütləq şəkildə virusdan qorumalıdı.Ən azından özümüz üçün olmasa da sevdiklərimiz üçün....

Nə düşünürsən?