Kürdəmir sakinində külli miqdarda narkotik vasitə aşkarlandı

  • 05.08.2020
  • 0

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. Avtosfer.az xəbər verir ki, Rayon Polis Şöbəsinə rayonun Sığırlı kənd sakini İqbal Ədilovun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması, daşıması, habelə yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında polis əməkdaşları İqbal Ədilovun yaşadığı evə baxış keçirib və oradan 133 ədəd, ümumi çəkisi 28 kq 900 qram olan narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb. İqbal Ədilov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Nə düşünürsən?