"Lester"in ulduzu qadınla paylaşdığı bu görüntüləri sildi

  • 04.08.2020
  • 0

Ötən mövsümü 5-ci pillədə başa vuran "Lester" klubunun əsas futbolçularından biri olan Ceyms Medison yay tətilindədir. Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Aston Villa"nın üzvü Cek Qreliş və "Tottenhem"in futbolçusu Dele Alli ilə birgə İbiza adasına yollanıb. Əyləncə klublarının birində qadınla görüntüsü yayılan Medison onu öpməyə çalışıb. Lakin həmin qadın bundan məmnun olmayıb. Futbolçu daha sonra bu videonu "instagram" hesabının hekayə bölməsində paylaşıb. Çox keçməyib ki, Medison həmin paylaşımı silib. "The Sun" nəşri isə videogörüntüləri yayımlayıb.

Nə düşünürsən?