Rayonlara gediş-gəliş asanlaşdırıldı

  • 04.08.2020
  • 0

“Şəhərlər arasında postların fəaliyyəti davam edəcək.” Azerforum.com "MediaPost"-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O, portal icazələrinin ləğv edilməsindən sonra işlə əlaqədar rayonlara gediş-gəlişin hansı formada olacağına aydınlıq gətirib: "İcazə sistemində əvvəlcədən şirkət ayrı-ayrı şəxslər üçün icazə alırdı və ona ezamiyyə olunması ilə bağlı müvafiq məlumatlar doldurulurdu. İndi sadəcə fiziki sənədi təqdim etməlidir ki, filan məsələ ilə əlaqədar filan rayona getməlidir. Yəni şəxslər ezamiyyət ilə bağlı zəruri sənədləri təqdim edərək postlardan keçə biləcək" .

Nə düşünürsən?