Beyrutda güclü partlayış olub

  • 04.08.2020
  • 19K baxış
  • 0

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrinə də təsir edib. Bəzi evlərə və ofislərə ziyan dəyib. İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbləri hələ ki müəyyən edilməyib.

“Al Hadath” telekanalının bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna olunmur. “Al Mayadeen” telekanalı isə partlayışın pirotexnika anbarında baş verdiyini bildirib.

Nə düşünürsən?