Avtobus zolaqları barədə yeni təkliflər var

  • 04.08.2020
  • 0

Bakı Nəqliyyat Agentliyi Bakı şəhəri ərazisində avtobusların rahat hərəkətini təmin etmək üçün xüsusi zolaqların yaradılmasını təklif edir. Avtosfer.az xəbər verir ki, bu barədə Agentliyin rəsmisi Mais Ağayev mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Agentlik Yusif Səfərov, Ziya Bünyadov və Məhəmməd Füzuli küçələrində yaradılan avtobus zolaqlarının düzgün istifadə edilməsini zəruri sayır. Amma zolaqlardan düzgün istifadə olunmaması gecikmələrə səbəb olur. Bu baxımdan BNA pandemiya dövründə avtobusların rahat hərəkəti üçün həmin zolaqların xüsusi olaraq ayrılması və digər nəqliyyat vasitələrinin ora daxil olmasının qadağan edilməsini zəruri sayıb.

Nə düşünürsən?