İsmayıllıda sel yolları dağıtdı, Lahıca giriş bağlandı

  • 04.08.2020
  • 0

Güclü yağışlar nəticəsində İsmayıllı rayonuna sel gəlib. Avtosfer.az-ın məlumatına görə, yağan yağışlar bir sıra fəsadlar törədib. İsmayılı Rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, yağan yağışlar zamanı yol təsərrüfatına ziyan dəyib: “Qurbanəfəndi, Müdri, Yuxarı Cülyan kəndlərinin yolları sel sularından zərər çəkib. Lahıc kəndinə gedən yol isə gecə saatlarında ucquna görə bağlanıb. Bu gün yol təmizlənib”. “Sel nəticəsində tikililərə ziyan dəyməyib”, - deyə o qeyd edib.

Nə düşünürsən?