Masallı sakini tiryəklə tutuldu

  • 04.08.2020
  • 0

Masallı sakini 1 kiloqramdan artıq tiryəklə saxlanılıb. Avtosfer.az xəbər verir ki, Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb. Şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Masallı şəhər sakini Raci Ağayev saxlanılıb və onun üzərindən iki bükümdə altı qram narkotik vasitə - tiryək aşkarlanıb. Onun yaşadığı evə də baxış keçirilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Daha ətraflı təqdim olunan videosüjetdə:

Nə düşünürsən?