Qərbi Azərbaycan İrəvan Respublikasının Gerbi də təsdiq edildi

  • 04.08.2020
  • 0

Qərbi Azərbaycan İrəvan Respublikasının Gerbi də təsdiq edildi Bu ilin may ayında keçirilmiş onlayn konfrans zamanı mühacirətdə elan edilən Qərbi Azərbaycan (İrəvan) Respublikasının ötən ay bayrağı, indi isə gerbi təsdiq edilib. Qeyd edim ki, iyul ayında Mühacir Qərbi-Azərbaycan (İrəvan) Respublikasının növbəti videokonfransı keçirilərkən, müvafiq hökumətin dövlət bayrağı qəbul edilmiş və 4 iyul – Bayraq günü kimi təsdiqlənmişdir. Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının Təşəbbüs Qrupunun rəhbəri, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı bayraq ilə bağlı mətbuata açıqlamasında belə demişdir: “Gördüyünüz kimi çağdaşlıq - qırmızı rəng çoxdur və bu qırmızı həm də Qərbi Azərbaycan türklərinin faciələrinin miqyasını ifadə edir. Təbii ki, mavi rəng bu yerin insanlarının türk olmasının, yaşıl isə islamın simvoludur. Aypara və səkkizguşəli ulduz isə Azərbaycan Respublikasının bir parçası olduğuna işarədir”. Gerbin özündə əks etdirdiyi mənalarla bağlı isə Qafar müəllim belə açıqlama verib: “Təqdim olunan gerb girdə qalxan formasındadır. Gerb qartal qanadlarının üzərindədir. Qartal qanadlarının seçilməsi iki səbəbdən irəli gəlir: 1. Ən qədim və böyük türk dövlətlərinin, o cümlədən Azərbaycan ərazisində yerləşmiş Mada (Midiya) və Səlcuq imperiyalarının bayraqlarında qartal təsvir olunub; 2. Qartal canlılar içərisində yüksəkdə yaşayandır. Eyni zamanda gücün rəmzi hesab olunur. Bu gerb qartal qanadları üzərində, yüksəklərdə, düşmənlər üçün əlçatmaz zirvələrdədir. Gerb dairəsinin özü Azərbaycan Respublikasının bayrağına bənzər şəkildə tərtib olunub. Mərkəz və əsas hissəsi qırmızı rəngdədir; kənarlarında, bayraqda olduğu kimi, mavi və yaşıl xətlərlə əhatələnib. Mavi xətt sol tərəfdə aşağıdan yuxarıya doğru, yaşıl xətt isə sağ tərəfdə aşağdan yuxarıya doğru hərəkət edir. Hər üç rəngin yuxarı hissədə birləşmə yeri İrəvan xanlığına aid qədim bayraqlarda mövcud olmuş, hakimiyyət rəmzi olan romb fiquru ilə, ümumi taca bənzər şəkildə birləşdirilib. Bu konfiqurasiya İrəvan xanlığının əsas, fərqli, özünəməxsus elementini ehtiva edir. Dairənin ortasında, qırmızı sahənin tam mərkəzində, aşağıdan yuxarıya doğru qədim türk-oğuz boylarının ümumi mental rəmzləri olmaqla yanaşı, müasir Azərbaycan Respublikasının və Qərbi Azərbaycan İrəvan Respublikasının bayrağında əks olunmuş aypara və səkkizguşəli ulduz təsvir olunub. Bu aypara və ulduz sönmüş qızıl rəngindədir. Əsas ulduzun ətrafında, qırmızı fonda, ağ rəngdə hər guşənin qarşısında biri olmaqla, səkkiz xırda səkkizguşəli ulduz sıralanıb. Bu kiçik ulduzlar əsas böyük ulduzun cazibəsində, ətrafında dolanır. Bu kompozisiya bütöv Azərbaycanın səkkiz böyük hissəyə bölünməsini və birləşməyi hədəflədiyini simvolizə edir. Gerbin tam mərkəzində, aypara və ulduzun ortasında, qırmızı fonda ağ rəngdə, çarpazlaşmış şəkildə, şimal, cənub, qərb və şərq tərəfə istiqamətlənmiş oxlar təsvir olunub. Bu təsvirin mənaları belədir: Birincisi, İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və digər ətraf ərazilər qədim Assur mənbələrində İşquz, yunan mənbələrində İskit dövləti kimi tanınan qədim Oğuz dövlətinin mərkəzi əraziləridir. Təsvir olunan oxlar dünya tarixşünaslığında İskitlər kimi məşhur olan, atlı oxatanlar hərb sənətini yaratmış və dünyaya yaymış, bütün Avrasiyaya yayılmış, hərbdə və mədəniyyətdə xüsusi era olan “İskit üslubu”nun yaradıcısı olan Oğuz boylarına xas şəkildə icra olunub və sözügedən sivilizasiyaya aidiyyətin, mənəvi varisliyin simgəsidir; İkincisi, hazırda mövcud olan Azərbaycan Respublikası bütün sərhədləri boyu öz tarixi əraziləri ilə həmsərhəd olduğundan, parçalanmış halının aradan qaldırılması, vətən torpaqlarının yenidən birləşdirilməsi məqsədilə aparılan mübarizədə, hər istiqamətdə “Ox yaydan çıxdı” mənasını ehtiva edir. Gerbin aşağısı qırmızı lentlə əhatələnib və lentin üzərində aid olduğu dövlətin adı yazılıb”. Sonda qeyd edim ki, yaxın vaxtlarda himn də ictimaiyyətə təqdim ediləcək. Musiqi: A Mystical Experience Rəqs & Elektron Tünd Unicorn Heads 5:58 avq 2019 TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829 Tövsiyə etdiyim videolarım: ➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA ➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs ➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro ➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0 ➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak ➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk Musiqi: YouTube Library

Nə düşünürsən?