Təyyarədə maska taxmayan 2 sərnişin döyüldü

  • 04.08.2020
  • 0

“Niderland Kral Hava Yolları” şirkətinin (KLM) Amsterdam-İbiza uçuşu zamanı maska taxmaqdan imtina edən iki sərnişin digər sərnişinlər tərəfindən döyülüb. Cebhe.info xəbər verir ki, bu barədə KML mətbuat xidməti məlumat yayıb. Hadisə təyyarədəki sərnişinlər tərəfindən qeydə alınan görüntülərin paylaşılmasından sonra sosial medianın gündəmində olub. Görüntülərdə maska taxmayan sərnişinlərdən birinin başqa bir sərnişin tərəfindən vurulduğu, bir müddət sonra digər sərnişinlərin köməyi ilə yerə yıxıldığı və qandallandığı görülür. Digər tərəfdən, bəzi sərnişinlərin "Gözləyin, burada uşaqlar var", dediyi eşidilir. Sərnişinlər tərəfindən tutulan 2 nəfər təyyarə İbizaya enəndən sonra İspaniya polisi tərəfindən saxlanılıb. "Maska taxmaqdan imtina edən iki sərnişin digər sərnişinləri həm şifahi, həm də fiziki cəhətdən narahat edib. Pilot yerli rəsmilərə tədbirin böyüməsi barədə məlumat verib. Sözügedən 2 sərnişin eniş etdikdən sonra polis tərəfindən saxlanılıb. Onlar uçuş təhlükəsizliyinə təhlükə yarada bilməyib", - deyə məlumatda qeyd olunub.

Nə düşünürsən?