Güclü külək və yağış fəsadlar törətdi

  • 04.08.2020
  • 0

Güclü külək Zaqatala rayonunun Muğanlı kəndində 40-a yaxın təsərrüfata və kommunikasiya xətlərinə ziyan vurub. Avtosfer.az xəbər verir ki, irigövdəli ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 4 və 10 kilovoltluq xətlər qırılıb, bəzi tövlələrin və həyətlərdəki əlavə tikililərin dam örtükləri uçub. Kənd icra nümayəndəliyindən bildirilib ki, artıq 10 kv-luq xətt tamamilə bərpa olunub. Hazırda 4 kv-luq xətlərin bərpası istiqamətində işlər aparılır. Kənd sakinlərinin sözlərinə görə, yağışla bərabər əsən güclü külək bir anda dam örtüklərini uçurub, elektrik dirəklərini və ağacları aşırıb. Qeyd edək ki, şimal-qərb bölgəsində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti Qax və Zaqatala rayonlarından axan çaylarda sululuğu artırıb. Bəzi dağ çaylarından isə sel keçib.

Nə düşünürsən?