Yol polisi qanunsuz sərnişindaşımaya qarşı reyd keçirdi

  • 03.08.2020
  • 0

Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq taksi fəaliyyəti ilə, eyni zamanda Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan mikroavtobuslara qarşı reyd keçirib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi sürücülər qanunsuz əməllərindən əl çəkmir. Avtosfer.az xəbər verir ki, bu baradə Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsindən məlumat verilib. Taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə hüquq və vəzifələri, eləcə də ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparılıb. Yoxlanış zamanı bəzi sürücülərin idarəetdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı, eyni zamanda heç bir dezinfeksiya tədbiridə həyata keçirmədiyi də məlum olub. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə də rast gəlinib. Sürücülər barəsində adiyyatı üzrə tədbirlər görülüb. Qanunsuz sərnişin daşıyan avtobuslardan şərnişinlər avtovağzala aparılaraq, Bakıya yola salınıb. Bildirək ki, bu kimi reydlər mütamadi olaraq davam etdiriləcək.

Nə düşünürsən?