Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələ daxildir. Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova avqustun 4-dən etibarən Milli Məclisin növbədənkənar sessiyasının çağırılması ilə bağlı sərəncam imzalayıb.