Göygöldə silsilə oğurluq edən şəxslər tutuldu

  • 03.08.2020
  • 0

Göygöldə silsilə oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Çaykənd kəndi ərazisində yerləşən mağazalardan, fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar edən 28 yaşlı Eltac İsazadə və 23 yaşlı Saləddin Hüseynov tutulub. Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı həmçinin məlum olub ki, onlar iyul ayının müxtəlif vaxtlarında kənd ərazisində yerləşən 2 mağazadan 1503 manat dəyərində tütün məmulatları və müxtəlif növ məhsullar, 2 fərdi yaşayış evindən ümumilikdə 400 manat nağd pul, 200 manat dəyərində qol saatı və müxtəlif məbləğlərdə elektrik avadanlıqları oğurlayıblar. Davam etdirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin kənd sakininə məxsus avtomobildən də 200 manat dəyərində musiqi avadanlığı oğurladıqları məlum olub. Saxlanılan şəxslərin sonuncu cinayət əməli isə rayon sakininə məxsus 800 manat dəyərində mobil telefonu oğurlamaq olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Nə düşünürsən?